7 may 2026 - 20:25
Source: IRNA
SEPAH Xəbərdarlıq Etdi: Təhdidlər aradan qalxdıqdan sonra Hörmüz boğazından keçid yeni prosedurlarla təmin olunacaq

SEPAH Hərbi Dəniz Qüvvələri Xəbərdarlıq Etdi: Təhdidlər aradan qalxdıqdan sonra Hörmüz boğazından keçid yeni prosedurlarla təmin olunacaq

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanlığı bildirib ki, təcavüzkarların təhdidlərinə son qoyulduqdan sonra və yeni prosedurlar çərçivəsində boğazdan təhlükəsiz və davamlı keçid imkanı təmin ediləcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığı çərşənbə günü — 6 may 2026-cı il tarixində “X” sosial şəbəkəsində yaydığı açıqlamada yazıb: “Fars körfəzi və Oman dənizində yerləşən gəmi kapitanları və gəmi sahiblərinə Hörmüz boğazından İran qaydalarına uyğun şəkildə gediş-gəliş və regionun dəniz təhlükəsizliyində gəmilərin müsbət iştirakına görə təşəkkür edirik.”

Açıqlamada vurğulanıb: “Təcavüzkarların təhdidlərinə son qoyulduqdan sonra və yeni prosedurların çərçivəsində boğazdan təhlükəsiz və davamlı keçid imkanı təmin olunacaq.”

Sizin rəyiniz

You are replying to: .
captcha