Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Britaniyanın mühafizəkar qəzeti "Teleqraf" (The Telegraph) analitik yazısında qeyd edib: Donald Tramp bunu etiraf etməsə də, İranın tələsinə düşüb və Tehrana qarşı mövcud variantlarının heç biri ideal deyil, hər biri risklərlə müşayiət olunur.
Bu qəzet “İran Donald Trampı tələyə salıb” başlıqlı təhlildə yazır: ABŞ prezidenti ya hava hücumlarını yenidən başlatmaq, ya da İranın nüvə məsələsini qeyri-müəyyən müddətə təxirə salan sülh şərtlərini qəbul etmək arasında seçim etməlidir.
Qəzet, İranla bağlı guya Bredli Kuper tərəfindən Trampın masasına qoyulan ən son variantlara və qeyri-müəyyən müddətə uzadılmış atəşkəsə istinad edərək bildirir: Vaşinqton və Tehran hazırda qarşıdurmanın yeni mərhələsinə daxil olub və hər iki tərəf Hörmüz boğazı üzərində qarşı-qarşıya dayanaraq bir-birinin geri çəkilməsini gözləyir.
Teleqrafın analitiki Trampın göstərişi ilə İran limanlarının mühasirəyə alınmasına və bunun ABŞ prezidenti tərəfindən uğurlu qiymətləndirilməsinə toxunaraq vurğulayır: Hərçənd İran hərbi potensial baxımından ABŞ-dan zəifdir, lakin Tehran göstərib ki, rəqibə təsir göstərmək üçün ABŞ-la silah və ya donanma baxımından bərabərlik zəruri deyil.
Qəzet gəmi izləmə platforması “Kepler”in məlumatlarına istinadla etiraf edir ki, İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırmaq qabiliyyəti tam aydın görünür və aprel ayında bu keçiddən neft axını 95 faiz azalıb. Qlobal miqyasda iqtisadi təzyiq yaratmaq Tehran üçün mühüm təsir alətinə çevrilib.
Teleqrafın analitikinin fikrincə, əslində Tramp İran iqtisadiyyatını çökdürməyə çalışdığı kimi, Tehran da Vaşinqton üzərində maliyyə təzyiqini artırmağa çalışır ki, ABŞ prezidenti mövqeyini yenidən qiymətləndirməyə və Tehranın istədiyi şərtlərə uyğun razılaşma imzalamağa məcbur olsun.
Sizin rəyiniz