3 may 2026 - 21:51
İsrail Hizbullah qarşısındakı acizliyinə etiraf etdi \ Jerusalem Post: Hizbullah hücumlarını dayandırmağın "sehrli yolu" yoxdur

Israel Hayom: “...Hizbullahı diz çökdürmək üçün strateji pusqu əməliyyatı planı İsrailə qarşı strateji pusquya çevrilib.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist İsrail rejimində İvrit dilində çap olunan The Jerusalem Post bildirib: “Hizbullah hücumlarını dayandırmağın "sehrli yolu" yoxdur və biz Livanın cənubunda strateji tələ ilə üzləşirik.”

Yəhudi mediası xəbər verib: “İsrail ordusu Hizbullahın pilotsuz təyyarə hücumlarını dayandırmaqda aciz qaldıqlarına etiraf edir.”

Bu arada, "Israel Hayom" qəzeti bildirib: “Livandakı vəziyyətlə bağlı İsrail ordusundakı məyusluq səviyyəsini görməzdən gəlmək çətindir. Hizbullahı diz çökdürmək üçün strateji pusqu planı İsrailə qarşı strateji pusquya çevrilib.”

Qəzet əlavə edərək bildirib: “Hər keçən gün şimaldakı döyüş bir daha "tarixin əvvəlki anlarının" acı reallığını xatırladır.”

"Israel Hayom" İsrail təhlükəsizlik rəsmisindən sitat gətirərək yazıb: "Biz Livanın cənubunda strateji tələ ilə üzləşirik; bizim üçün geri çəkilmək məğlubiyyət deməkdir və Tramp bizim irəliləməyimizə mane olur."

Sizin rəyiniz

You are replying to: .
captcha