Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümümdünya Müsəlmanlarının Ali Lideri, Həzrəti Ayətullah İmam Müctəba Xameneinin Beynəlxalq məsələlər üzrə müşaviri, Doktor Əli Əkbər Vilayəti, Fars Körfəzi Milli Günü münasibətilə “X” sosial şəbəkəsində paylaşım edib.
Doktor Əli Əkbər Vilayəti “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində vurğulayıb ki, “tarix satılıq deyil!”
O ABŞ prezidenti D. Trampa eyham ataraq yazıb: “Cənab Donald Tramp, indi ki, Çarlz bunu sizə xatırlatdı, əgər Britaniya olmasaydı, bu gün fransızca danışmalı idiniz. Yaxşı olar ki, ondan köhnə müstəmləkə xəritələri barədə də soruşasınız; həmin xəritələrdə Fars Körfəzinin adı Amerika Birləşmiş Ştatlarının yaranmasından əsrlər əvvəl məhz bu adla qeyd olunub.”
Sizin rəyiniz