Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, 30 aprel – Milli Fars Körfəzi Günü münasibətilə yaydığı mesajda vurğulayıb: “Bu gün regionda dünyanın zorakı qüvvələrinin ən böyük hərbi yürüşü və təcavüzündən iki ay keçdiyi, ABŞ-nin öz planında rüsvayçı məğlubiyyətə uğradığı bir vaxtda Fars körfəzi və Hörmüz boğazında yeni bir fəsil formalaşır.”
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Milli Fars Körfəzi Günü münasibətilə mesajının mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Regionumuzun müsəlman xalqları, xüsusilə əziz İslami İranının şərəfli xalqı üçün Uca Allahın misilsiz nemətlərindən biri “Fars körfəzi” nemətidir. Bu, sadə su hövzəsindən daha böyük bir nemətdir; kimliyimizin və sivilizasiyamızın bir hissəsini formalaşdırmış, xalqlar arasında əlaqə nöqtəsi olmaqla yanaşı, Hörmüz boğazı və ondan sonra Oman dənizi vasitəsilə dünya iqtisadiyyatı üçün həyati və bənzərsiz bir yol yaratmışdır.
Bu strateji sərvət ötən əsrlərdə bir çox şeytanların tamahını oyatmışdır. Avropalı və amerikalı yadellilərin təkrarlanan təcavüzləri, region ölkələri üçün yaratdıqları təhlükəsizliksizlik, zərərlər və çoxsaylı təhdidlər dünya təcavüzkarlarının Fars körfəzi regionunun sakinlərinə qarşı bədnam planlarının yalnız bir hissəsidir. Bunun ən son nümunəsi "Böyük Şeyta"nın son qılıncoynatmaları idi.
Fars körfəzinin ən uzun quru sahilinə malik olan İran xalqı bu körfəzin müstəqilliyi, yadellilərə və təcavüzkarlara qarşı mübarizə yolunda ən böyük fədakarlıqları göstərmişdir; portuqaliyalıların çıxarılması və Hörmüz boğazının azad edilməsindən — bu hadisə 10 Ordibeheştin Milli Fars Körfəzi Günü adlandırılmasının əsasını təşkil edir — Hollandiya müstəmləkəçiliyinə qarşı mübarizəyə və İngiltərə müstəmləkəçiliyinə qarşı müqavimət dastanlarına qədər.
Lakin İslam İnqilabı Fars körfəzi regionundan təcavüzkarların əlini kəsmək istiqamətində bu müqavimətlərin dönüş nöqtəsi oldu. Bu gün regionda dünyanın zorakı qüvvələrinin ən böyük hərbi yürüşü və təcavüzündən iki ay keçdiyi, ABŞ-nin öz planında rüsvayçı məğlubiyyətə uğradığı bir vaxtda Fars körfəzi və Hörmüz boğazında yeni bir fəsil formalaşır.
Fars körfəzi regionunun xalqları uzun illər boyu zorakılar və təcavüzkarlar qarşısında öz hakimlərinin sükutuna və zilləti qəbul etməsinə alışmışdılar. Onlar son 60 gün ərzində əziz İranın cənub bölgəsinin xalqı və gənclərinin qeyrəti və döyüşkənliyi ilə yanaşı, Ordunun və SEPAH-ın dəniz qüvvələrinin igidlərinin möhkəmliyi, ayıqlığı və mübarizəsinin gözəl təzahürlərini — yadellilərin hegemonluğunun rədd edilməsi istiqamətində — öz gözləri ilə gördülər.
Bu gün Uca Haqqın inayəti və üçüncü məcburi müharibənin məzlum şəhidlərinin, xüsusilə İslam İnqilabının uzaqgörən və ali məqamlı Rəhbərinin — Allah onun uca məqamını daha da yüksəltsin — qanının bərəkəti ilə təkcə dünya ictimai rəyi və region xalqları arasında deyil, hətta ölkələrin sultanları və hakimləri üçün də sübut olundu ki, amerikalı yadellilərin Fars körfəzi torpaqlarında mövcudluğu, yuva və məskən salması regionda təhlükəsizliyin ən mühüm pozucu amilidir. ABŞ-nin puç bazaları öz təhlükəsizliyini təmin etməyə belə qadir deyildi; o ki qaldı regiondakı asılı qüvvələrin və amerikapərəstlərin təhlükəsizliyini təmin etməyə ümid bağlansın.
İlahi yardım və qüdrət sayəsində Fars körfəzi regionunun parlaq gələcəyi ABŞ-siz və öz xalqlarının inkişafı, rahatlığı və rifahına xidmət edən bir gələcək olacaq. Biz Fars körfəzi və Oman dənizinin su hövzəsində qonşularımızla “eyni taleyi paylaşırıq”. Minlərlə kilometr uzaqdan tamahkarlıqla burada şər törədən yadellilərin isə bu bölgədə yeri yoxdur — yalnız onun sularının dibindən başqa.
Uca və mübarək Rəbbin lütfü ilə müqavimət siyasətləri və “Güclü İran” strategiyası sayəsində gerçəkləşən bu zəfər zənciri region və dünya üçün yeni nizamın müjdəsi olacaq.
Bu gün İran xalqının möcüzəvi oyanışı yalnız sionizmə və qan tökən Amerikaya qarşı mübarizənin on milyonlarla can fədaisi ilə məhdudlaşmır. İslam ümmətinin birləşmiş sıralarının önündə ölkə daxilində və xaricində yaşayan 90 milyon qeyrətli və şərəfli iranlı öz kimlik, mənəvi, insani, elmi, sənaye və əsas və yeni texnologiya imkanlarının hamısını — nanodan biotexnologiyaya, nüvədən raket texnologiyasına qədər — milli sərvəti hesab edir və su, quru və hava sərhədləri kimi onun da keşikçisi olacaq.
İslami İranı Hörmüz boğazı üzərində idarəetməni həyata keçirmək nemətinə əməli şükür etməklə Fars körfəzi regionunu təhlükəsiz edəcək və düşmən qüvvələrinin bu su yolundan sui-istifadə imkanlarını aradan qaldıracaq. Hörmüz boğazının yeni hüquqi qaydaları və yeni idarəetmənin tətbiqi bütün region xalqlarının xeyrinə rahatlıq və inkişafı təmin edəcək, onun iqtisadi nemətləri xalqların qəlblərini sevindirəcək; Allahın izni ilə, kafirlər istəməsələr belə.
Seyid Müctəba Hüseyni Xamenei
30 aprel
Sizin rəyiniz