Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi, bazar günü Məsqətdəki Əl-Bərəkə Əl-Əmir Sarayında Oman Sultanı Heysəm bin Tariq ilə görüşdü.
İran İslam Respublikasının xarici işlər naziri Oman Sultanı ilə görüşündə İran İslam Respublikası Prezidentinin salamlarını Heysəm bin Tariqə çatdırdı və Uca Tanrıdan onun sağlamlığı və rifahı, Oman xalqının isə tərəqqi və çiçəklənməsini davam etdirməsi üçün dua etdi.
Oman Sultanı həmçinin İran xarici işlər nazirindən salamlarını bu ölkənin Prezidentinə çatdırmasını xahiş etdi və ona cansağlığı və uğurlar, dost İran xalqı üçün isə davamlı təhlükəsizlik və sabitlik arzuladı.
Görüş zamanı tərəflər regiondakı son inkişafları və vasitəçilik səylərini, eləcə də regiondakı münaqişələrə son qoymaq səylərini müzakirə etdilər.
Oman Sultanı ilə Oman xarici işlər naziri Bədr bin Həməd Əl-Busəid, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai və İran səfiri Musa Fərhəngin iştirakı ilə keçirilən görüşdə Seyid Abbas Əraqçi İranın bu hadisələrlə bağlı fikirlərini izah etdi və xüsusilə mövcud regional çətinliklər fonunda bölgədə dialoqa əsaslanan səyləri dəstəkləmək və təhlükəsizlik və sabitliyin gücləndirilməsində Məsqətin mövqeyini yüksək qiymətləndirdi.
Oman Sultanı bu görüşdə məsələlərin həlli və sülhün təməllərinin möhkəmləndirilməsi üçün dialoqa və diplomatiyaya üstünlük verilməsinin vacibliyini də vurğuladı.
Qeyd edək ki, İran İslam Respublikasının xarici işlər naziri diplomatik nümayəndə heyətinin başçılığı ilə 25 aprel 2026-cı il, şənbə gecəsi Omanın paytaxtı Məsqətə yola düşüb. Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Məsqətdən əvvəl Pakistanın paytaxtı İslamabadda ikitərəfli siyasi məsləhətləşmələr aparıblar. Bu gün isə Rusiya Federasiyasında Vladimir Putin ilə görüş keçiriblər.
Sizin rəyiniz