Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranda İslam Hakimiyyətinə son qoyacağını idda edən ABŞ prezidenti Donald Tramp 40 gün İslam Ordusunun hipersonik və balistik raketləri altında əzildikdən sonra İran əleyhinə hücumlarla bağlı əvvəlki təhdidlərindən geri çəkilərək, bombardman və hücumların 2 həftə müddətinə dayandırılmasına razı olduğunu açıqlayıb.
O bildirib ki, bu addım iki tərəfli atəşkəs xarakteri daşıyacaq.
Tramp çərşənbə axşamı, axşam saatlarında “Truth Social” platformasında yaydığı bəyanatda qeyd edib: Pakistanın baş naziri Şahbaz Şərif və Pakistan ordusunun baş komandanı ilə apardığı danışıqlar zamanı ondan İran əleyhinə planlaşdırılmış hərbi əməliyyatların dayandırılması xahiş olunub.
O vurğulayıb ki, İran İslam Respublikası Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verəcəyi təqdirdə, İranın bombalanması və hücumları 2 həftə müddətinə dayandırılacaq və bu, iki tərəfli atəşkəs olacaq.
Pakistanın baş naziri Şahbaz Şərif isə X platformasında paylaşımında bildirib: Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli istiqamətində diplomatik səylər ardıcıl və intensiv şəkildə davam edir və yaxın gələcəkdə əsas nəticələr verə bilər.
Sizin rəyiniz