Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Şərif Texnologiya Universitetinin mədəni və sosial məsələlər üzrə prorektoru düşmənin bu ali təhsil ocağına hücumunu bəşəriyyətə qarşı cinayət və döyüş meydanında acizlik göstəricisi kimi qiymətləndirib.
Məhəmməd Fəxxarzadə bazar ertəsi İRNA-nın elmi müxbiri ilə söhbətində bildirib: Bu gün səhər saat 04:00-dan əvvəl Şərif Texnologiya Universitetinə hücum edilib.
O qeyd edib: Şərif Texnologiya Universiteti ölkədə elm və texnologiyanın əsas mərkəzlərindən biri kimi son yarım əsrdə elmi və sənaye nailiyyətlərində yüksək mövqeyə malik olub.
Fəxxarzadə əlavə edib: Düşmən bu hücumla elmə, texnologiyaya, tərəqqiyə və ölkənin müstəqilliyinə zərbə vurub.
Universitet rəsmisi vurğulayıb: Müəllimlər, tələbələr və məzunların fasiləsiz səyləri ilə bu çətin günlər geridə qoyulacaq və universitet əvvəlkindən daha güclü şəkildə bərpa ediləcək.
Sizin rəyiniz