2 aprel 2026 - 17:55
Source: IRNA
İranlı Professor və  Akademiklər: Universitetlərin qorunması təkcə hüquqi öhdəlik deyil, həm də humanitar və sivilizasiya zərurətidir

ABŞ və sionist rejimin ölkəmizin onlarla universitet və elmi infrastrukturuna qarşı hücumlarından sonra İranın bir sıra akademikləri məktubda universitetlərin hərbi hücumlardan qorunmasını və qarşısının alınmasını tələb ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranlı bir qrup universitet nümayəndəsi BMT daxil olmaqla beynəlxalq təşkilatların rəsmilərinə ünvanladıqları məktubda vurğulayıblar ki, universitetlərin və akademik mərkəzlərin qorunması təkcə hüquqi öhdəlik deyil, həm də humanitar və sivilizasiya zərurətidir.

ABŞ və sionist rejimin ölkəmizin onlarla universitet və elmi infrastrukturuna qarşı hücumlarından sonra İranın bir sıra akademikləri məktubda universitetlərin hərbi hücumlardan qorunmasını və qarşısının alınmasını tələb ediblər.

BMT Baş katibi Antonio Quterreş, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk, YUNESKO-nun baş direktoru Xalid əl-Ənani və BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandr Zantakiyə ünvanlanaraq göndərilən bu məktubda deyilir:

Dərin ehtiramla, biz – İran daxilində və xaricində fəaliyyət göstərən bir qrup akademik və elmi ictimaiyyət nümayəndələri – ali təhsil müəssisələrinə qarşı son təhdidlərdən ciddi narahatlığımızı bildirmək istəyirik. Son hərbi hadisələr və artan proseslər, o cümlədən Tehrandakı Elm və Sənaye Universiteti, İsfahan Sənaye Universiteti kimi bəzi universitetlərin bombalanması və digər ali təhsil müəssisələrinin hədəfə alınması ehtimalının artması fonunda akademik qurumlara, onların üzvlərinə və tələbələrinə ciddi zərər yetirilməsi təhlükəsi mövcuddur. Belə addımlar atıldığı təqdirdə, bu, beynəlxalq hüququn əsas prinsiplərinin, xüsusilə beynəlxalq humanitar hüququn və 1954-cü il Haaqa Konvensiyasında nəzərdə tutulan öhdəliklərin açıq pozuntusu olacaq.

Universitetlər mülki institutlar və bilik istehsalının mərkəzləri kimi beynəlxalq hüquq və etik çərçivədə xüsusi statusa malikdir. Buna görə də onların qorunması təkcə hüquqi öhdəlik deyil, həm də humanitar və sivilizasiya zərurətidir. Bu əsasda, biz hörmətlə sizdən xahiş edirik ki, İran universitetlərinə qarşı təhlükələrin qarşısını almaq üçün təcili tədbirlər görəsiniz və onları qlobal elmi institutların bir hissəsi kimi qoruyasınız. Aşağıdakı addımların atılması təqdirəlayiq olardı:

- Universitetlər və tədqiqat mərkəzlərinin qorunan qeyri-hərbi statusunun yenidən vurğulanması üçün dərhal bəyanat verilməsi;

- Universitet infrastrukturuna qarşı hər hansı tədbirlərin qarşısını almaq üçün bütün mövcud diplomatik kanallardan istifadə edilməsi;

- Tələbələrin, müəllim heyətinin və təhsil mühitlərinin təhlükəsiz və neytral məkanlar kimi qorunmasının zəruriliyinin vurğulanması.

Biz qəti şəkildə inanırıq ki, sizin qurumların vaxtında müdaxiləsi bərpaolunmaz humanitar və akademik nəticələrin qarşısının alınmasında həlledici rol oynayacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha