Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin "Doğru Vəd 4" əməliyyatı haqqında 13 saylı bəyanatı:
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin "Doğru Vəd 4" əməliyyatının on dördüncü dalğası çərçivəsində, bu gün səhər tezdən genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) və raket hücumu ilə ABŞ-nin Bəhreynin Şeyx İsa bölgəsindəki hərbi hava bazası hədəfə alınıb.
Bu hücumda 20 PUA və 3 raket təyin olunmuş hədəflərə dəyib; nəticədə ABŞ hərbi hava bazasının əsas komandanlıq və qərargah binası məhv edilib, yanacaq çənləri isə alova bürünüb. Yüksələn atəş və tüstü hər kəsin diqqətini çəkib.
Sizin rəyiniz