Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Prezidenti Donald Tramp, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresini oğurlaması ilə bağlı açıqlama verib.
ABŞ Prezidenti bu hərəkətlə Venesueladakı siyasi vəziyyətin yeni bir mərhələyə qədəm qoyduğunu söyləyərək əlavə edib: "Venesuela xalqı yenidən azaddır."
Tramp həmçinin oğurluq əməliyyatının ABŞ-ın mövqeyini gücləndirdiyini söyləyərək vurğulayıb: "Amerika bu gün daha təhlükəsiz və daha qürurlu bir ölkədir."
"Bu, bu ölkənin tarixində Amerika gücünün və səriştəsinin ən heyrətamiz, təsirli və güclü təzahürlərindən biri idi",- deyərək Donald Tramp, Floridadakı Mar-a-Lago kurortunda Müdafiə Naziri Pit Heqsett və Dövlət Katibi Marko Rubio da daxil olmaqla yüksək vəzifəli administrasiya rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.
Quldurbaşı Tramp Venesueladakı güc strukturunu hədəyərək, xəbərdarlıq edib: “Venesueladakı bütün siyasi və hərbi xadimlər Maduro ilə baş verənlərin onların da başına gələ biləcəyini başa düşməlidirlər.”
Şənbə günü Florida ştatının Palm Biç şəhərindəki iqamətgahından açıqlama verən Tramp, Vaşinqtonun hakimiyyəti tez bir zamanda daxili “aktyorlar”a təhvil vermək niyyətində olmadığını açıq şəkildə bildirərək, əlavə edib: “Biz başqasının gəlib hakimiyyəti ələ keçirməsinə qarışmaq istəmirik. Bizdə də illərdir yaşadığımız vəziyyət eynidir. Ona görə də təhlükəsiz, ədalətli və nizamlı keçid mümkün olana qədər ölkəni idarə edəcəyik.”
ABŞ prezidenti həmçinin Venesuelanın neft sənayesinin durumuna toxunaraq Maduro hökumətinin fəaliyyətini sərt şəkildə tənqid edib və Venesuela neftini son damlasına qədər sovuracağına işarə edərək deyib: “Hamı bilir ki, Venesueladakı neft sənayesi bir fəlakət idi. Çox uzun müddətdir ki, tam bir fəlakətdir. Onlar sahib olduqları resurs zərfiyyəti ilə müqayisədə demək olar ki, heç bir neft çıxarmırdılar. Biz milyardlarla dollar xərcləyərək, ağır zədələnmiş infrastrukturu, xüsusən də neft infrastrukturunu təmir edib, dünyanın ən böyük şirkətlərini, çox böyük ABŞ neft şirkətlərini cəlb edəcəyik”.
Sizin rəyiniz