Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Venesuelanın ABŞ quldur qüvvələri tərəfindən oğurlanmış Prezidenti Nikolas Maduro və həyat yoldaşı şənbə günü gecə saatlarında qondarma prosedurlardan keçdikdən sonra imperialist ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin helikopteri ilə Manhettendən Nyu-Yorkun Bruklin şəhərindəki Metropoliten Həbsxanasına köçürülüblər.
Amerikanın Fox News şəbəkəsinin məlumatına görə, Maduro Nyu-Yorkun Cənub rayonunda "narkoterrorizm" və silah ittihamları ilə bağlı qondarma ittihamlarla üzləşməyə qədər federal dövlətin həbsində qalacağı gözlənilir.
Fox News-un əməkdaşı Pol Mauro Nikolas Maduronun ABŞ quldur qüvvələri tərəfindən saxlanıldığını göstərən video yayımlayıb. Videoda əlləri qandallanmış Maduro "Yeni iliniz mübarək!" deyir.
Sizin rəyiniz