Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Venesuelanın ABŞ quldur qüvvələri tərəfindən qaçırılan Prezidentinin vitse-prezidenti Delsi Rodrigez, Karakasdan televiziya ilə yayımlanan çıxışında bildirib: “Tələbimiz Prezident Nikolas Maduro və həyat yoldaşının azadlığa buraxılmasıdır.”
Venesuelanın vitse-prezidenti xalqı ölkəni müdafiə etmək üçün sakit və bir olmağa çağıraraq bildirib ki, ölkədə hökumət sabit vəziyyətdədir və hər hansı bir çətinliklə üzləşməyə hazırdır.
O, əlavə edib ki, Venesuela özünü bütün gücü ilə müdafiə etməyə hazırdır və ölkəyə qarşı heç bir hərbi təcavüzə yol verilməyəcək.
Bu gün Venesuelaya qarşı törədilən zorakılığı rədd edən Delsi Rodrigez ölkəsinin öz ərazisini və uşaqlarının gələcəyini müdafiə edəcəyini və xalqı bütün gücü ilə dəstəkləyəcəyini bildirib.
Prezident Maduronun vitse-prezidenti həmçinin ölkənin bütün müstəmləkəçi güclərə qarşı müstəqilliyini qoruyacağını açıqlayıb.
Rodrigez Venesuela xalqının keçmişdə baş vermiş hücumlara qarşı göstərdikləri müqavimətinə toxunaraq bu yolun davam edəcəyini bildirib və ölkənin yeganə prezidentinin Nikolas Maduro olduğunu vurğulayıb.
Sizin rəyiniz