Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Əxbar xəbər agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın İrana qarşı təhdidlərinə reaksiya verib.
Peskov, əlavə edib: “Biz inanırıq ki, Qərbi Asiyada vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinmək lazımdır.”
Dmitri Peskov vurğulayıb: “Biz inanırıq ki, ilk növbədə İranla dialoq vacibdir.”
Kreml sözçüsü daha sonra davam edib: “Rusiya İranla güclü münasibətlərini inkişaf etdirməyə davam edəcək.”
Qeyd etmək lazımdır ki, Tramp dünən gecə İrana qarşı iddialarını davam etdirərək bir daha çərənləyib və deyib: “Ümid edirəm ki, İran nüvə proqramını yenidən qurmaz, çünki o zaman yenidən hücum etməkdən başqa çarəmiz qalmayacaq. İranın pis davranması mümkündür, amma bu hələ sübut olunmayıb.”
Sizin rəyiniz