22 dekabr 2025 - 15:33
Avstraliya Şiə Şurası: Sidney hadisəsini müsəlmanları və Fələstin tərəfdarlarını boğmaq üçün bəhanə etməyin!

Avstraliya Şiə Şurası, Sidneydəki atışma hadisəsindən sonra bu faciənin siyasi istismarına, müsəlmanlara, eləcə də Fələstin tərəfdarı hərəkatlara qarşı artan təhlükəsizlik və media təzyiqi ilə bağlı xəbərdarlıq edən bir bəyanat yayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Avstraliya Şiə Şurası Avstraliyanın Sidney şəhərində sionist İsrail rejiminin öyrədilmiş ünsürləri tərəfindən həyata keçirilən terror hadisəsindən sonra bəzi ünsürlərin hadisəni dinc Fələstin tərəfdarı etirazlarına və müsəlmanlara qarşı artan təhlükəsizlik basqıları ilə bağlı xəbərdarlıq edərək bəyanat yayıb.

Avstraliya Şiə Şurasının bəyanatının tam mətni aşağıdakı kimidir:

Bondi çimərliyində baş verən faciəli terror hücumundan bir həftə sonra, həyatını itirən qurbanların və yaralananların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına başsağlığı veririk. Hadisə baş verən vaxtdan bəri, heç bir dəlil təqdim etmədən hücumu dinc Fələstin tərəfdarı etirazlarla əlaqələndirmək cəhdləri bizlərdə dərin narahatlıq yaradır.

Bu cür iddialar məsuliyyətsiz və zərərlidir. Dinc toplantılar vətəndaş iştirakının qanuni bir formasıdır və onları terror aktları ilə əlaqələndirmək demokratiya azadlığını sarsıdır və Bandai zorakılığı ilə heç bir əlaqəsi olmayan icmaları ədalətsiz şəkildə damğalayır.

Həmçinin, Liverpul və Sidneydə yeddi müsəlman kişinin zorakıcasına həbs olunmasından və medianın böyük ajiotaj yaratmasından dərin narahatlıq duyuruq, baxmayaraq ki, hakimiyyət orqanları tutulan şəxslərin təhlükə doğurmalarına dair heç bir sübutun olmadığını etiraf edir. Bu cür hərəkətlər ictimai etimadın sarsılmasına, sosial qorxunun artmasına və xüsusilə müsəlmanlara qarşı zərərli stereotiplərin gücləndirilməsinə səbəb ola bilər. Belə ki, təkcə son bir həftə ərzində müsəlmanlara qarşı nifrət çıxışlarında əhəmiyyətli dərəcədə artım müşahidə etdik.

Sonda, Avstraliya Şiə Şurası bu faciədən sonra yeni qanunlar və ya siyasətlərin qəbul edilməsində tələsməmək barədə xəbərdarlıq edir; xüsusən də əgər bu tədbirlərin gələcək hücumların qarşısını almağa real təsiri olmayacaqsa. Bu faciəni siyasiləşdirmək əvəzinə, diqqət silahların rahat şəkildə ələ gətirilməsinə və potensial kəşfiyyat boşluqları kimi görünən amillərə yönəldilməlidir.

Biz liderləri təmkinli, məsuliyyətli və birliyə, ədalətə və bütün Avstraliya vətəndaşları üçün vətəndaş azadlıqlarının qorunmasına sadiq qalmağa çağırırıq.

Sizin rəyiniz

You are replying to: .
captcha