Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son vaxtlar agentliyin İranda yoxlamaları bərpa etdiyini iddia etsə də, ölkədəki əsas nüvə obyektlərinə hələ də çıxışının olmadığını bildirib və bir daha İranın nüvə obyektlərinə çıxış verilməsini tələb edib.
O qeyd edib ki, Fordo, Nətənz və Buşehr nüvə obyektləri texnologiya və uranın zənginləşdirilməsi baxımından olduqca xüsusi əhəmiyyət daşıyır.
Qrossi davamında heç bir sənəd təqdim etmədən və öz bəyanatlarının hüquqi yükünün sui-istifadə və yanlış yozumlara səbəb ola biləcəyini nəzərə almadan iddia edib ki, İranın nüvə proqramı bu üç obyektlə məhdudlaşmır və İran bu üç məkandan əlavə daha çox nüvə obyektinə malikdir.
Sizin rəyiniz