Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “The Times of Israel” qəzetinin təhlükəsizlik müxbiri Arye İqzi yazdığı məqaləsində İsrail təhlükəsizlik xidmətlərinin işğal olunmuş ərazilərdə İran tərəfindən yerləşdirilən bütün casusları müəyyən edə bilmədiyini etiraf edib.
Məqalədə, onların xüsusi olaraq kiberməkan və uzaqdan işə götürüldüyünü söyləyib. Bu casuslar pul alır və onlara verilən missiyanın səviyyəsi tədricən təxribat və terror hərəkətləri həddinə qədər artır.
İqzi bildirib ki, işğal olunmuş ərazilərdə casusluq fenomeni o qədər yayılıb ki, sionist rejim ordusuna da artıq sızıb. Onlar Telegram, WhatsApp, Facebook, Instagram və yüksək maaşla reklam və iş saytları vasitəsilə işə götürülürlər.
İşğal olunmuş ərazilərdə həyatın bütün sahələrindən casusların bu şəkildə işə götürülməsi yüzlərlə və minlərlə dollar müqabilində həyata keçirilir.
Bu casusları işə götürənlər işğal olunmuş ərazilərdəki sosial bölünmədən və sionistlər arasında məhrumiyyət və ya siyasi nifrət hissindən istifadə edirlər.
Sionist jurnalist həmçinin etiraf edib ki, İran ballistik raket imkanlarını gücləndirir.
Sizin rəyiniz