Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Əhd Xəbər Agentliyinin məlumatına görə, ABŞ və bəzi Qərb və Ərəb ölkələrinin Livana qarşı təzyiq və təhdidləri ilə paralel olaraq, sionist rejimi də bu ölkəyə qarşı təcavüzünü davam etdirir və atəşkəs müqaviləsini pozaraq Livan mülki əhalisinin həyatını təhlükəyə atır. Belə ki, dünən gecə Livan Səhiyyə Nazirliyi sionist ordusunun yeni hücumlarında bu ölkənin cənubunda, Şiələrin kompakt yaşadıqları bölgədə 7 vətəndaşının Şəhid olduğunu və yaralandığını açıqlayıb.
Livan Səhiyyə Nazirliyi ölkənin cənubunda, Əl-Udaisa-Merkaba yolunda bir avtomobilə sionist rejimin təşkil etdiyi dron hücumunda, bir nəfərin Şəhid olduğunu açıqlayıb.
Bundan sonra Əl-Xərrub bölgəsindəki Sipilin ərazisində sionist düşmənin pikap yük maşınına endirdiyi hava hücumunda daha bir nəfər sivil Şəhid olub, 5 nəfər yaralanıb.
Livan mənbələri həmçinin sionist işğalçı qüvvələrinin Livanın cənubundakı Əl-Zahirə şəhərinə doğru irəliləməsini xəbər verib və sionist əsgərlərin Mavi Xəttə 750 metr girərək bir evin yaxınlığında partlayıcı maddələr olan qutular yerləşdirdiklərini açıqlayıblar.
Sizin rəyiniz