13 dekabr 2025 - 13:40
ABŞ qüvvələri İrana Çin yükü daşıyan gəmiyə basqın edib

Val Strit Jurnalı qəzetinin məlumatına görə, ABŞ xüsusi təyinatlı qüvvələri 2025-ci ilin noyabr ayında Hind okeanında Çindən İrana hərbi yük daşıyan gəmini ələ keçirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Val Strit Jurnalı qəzeti ABŞ rəsmilərinə istinadən xəbər verib ki, ABŞ xüsusi təyinatlı qüvvələri noyabr ayında Hind okeanında bir gəmiyə basqın edib və Çindən İrana gedən hərbi yükü ələ keçirib.

ABŞ rəsmisi qəzetə bildirib ki, yükdə İranın adi silahlarında istifadə edilə bilən ikili təyinatlı hissələr olub. Başqa bir rəsmi əlavə edib ki, toplanan kəşfiyyat məlumatları yükün İranın raket proqramı üçün hissələr tədarük edən İran şirkətlərinə göndərildiyini göstərir.

Qəzetin məlumatına görə, ABŞ qüvvələri Şri-Lanka sahillərindən yüzlərlə mil aralıda gəmiyə minib və yükü ələ keçirib məhv etdikdən sonra onun marşurutu üzrə səyahətinə davam etməsinə icazə verib.

İyul ayında İsraildəki Çin səfirliyi İrana hava hücumundan müdafiə sisteminin çatdırılması ilə bağlı media xəbərlərini təkzib edib və Pekinin silahlı münaqişələrdə iştirak edən ölkələrə heç bir silah ixrac etmədiyini vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha