Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Mayadeen Xəbər Agentliyinin məlumatına görə, sionist qəzeti Ma'ariv bu gün yayımladığı bir xəbərdə sionist rejimin müdafiə naziri Yesrail Katz ilə Ordu Baş Qərargah rəisi Eyal Zamir və digər ordu komandirləri arasındakı böhranın getdikcə pisləşdiyini və bu böhranın həlli üçün heç bir yolun olmadığını yazıb.
Qəzet iki tərəf arasında gərginliyin artmasına toxunaraq yazıb: “Katsın yeni müharibələrə təhrik etmək meyli, ordu komandirlərinin İsraili yenidən cəlb edə biləcək hər hansı bir müharibə ssenarisinin qarşısını almaq üçün qətiyyətli hərəkət etməli olduqlarına inandıqları bir vaxta təsadüf edir.”
Qəzet əlavə edib ki, Zamir və Katz arasındakı fikir ayrılığı Zamirin dünən David Ben-Gurion xatirə mərasimindəki mübahisəli çıxışından sonra ortaya çıxıb. O, çıxışında orduda cəsarətli, qətiyyətli və reallığı dəyişdirən komandanlığın olmasına çağırıb və siyasi liderləri də məğlubiyyətlərini etiraf etmələrinə dəvətedib.
Sizin rəyiniz