27 noyabr 2025 - 14:14
Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlandırılması təklifi

Rusiya Prezidenti Vladimir Putin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin qüvvələrinin müasir Rusiya silahları ilə təchiz edilməsi üçün proqrama başlamağı təklif etdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məyadin Xəbər Agentliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bu gün, Cümə axşamı günü, KTMT-dəki tərəfdaşlarla terrorçu qrupların müəyyən edilməsi və onların maliyyələşdirmə kanallarının kəsilməsi üçün apardıqları əməkdaşlığın davam edəcəyini vurğulayıb.

Qırğızıstanın paytaxtı Bişkekdə, KTMT dövlət başçılarının plenar iclasındakı çıxışında ,Putin təşkilatın üzv dövlətlərini informasiya təhlükəsizliyi sahəsindəki təhdidlərdən qorumaq üçün əlavə tədbirlər görülməsini də təklif edib.

O, həmçinin KTMT üzv dövlətlərinin qüvvələrinin müasir Rusiya silahları ilə təchiz edilməsi üçün proqrama başlamağı da təklif edib.

Görüş Qırğızıstanın paytaxtı Bişkekdəki İntimek Ordu dövlət iqamətgahında keçirilib və Putinin yekun sənədlərin imzalanma mərasimində iştirak etməsi gözlənilir.

Rusiya prezidenti Qırğızıstana üç günlük səfərinin sonunda jurnalistlərə açıqlama verib. Səfər çərçivəsində o, qırğız həmkarı ilə danışıqlar aparıb və Belarus prezidenti Aleksandr Lukaşenko ilə də görüşüb.

Sizin rəyiniz

You are replying to: .
captcha