25 noyabr 2025 - 15:01
Hollandiyada səfərdə olan İİR Xarici İşlər Naziri Fransaya səfər edəcək

İran İslam Respublikasının Xarici İşlər Naziri Fransaya səfər edəcək

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi xarici işlər nazirinin Fransaya səfər edəcəyini bildirib.

İRNA Xəbər Agentliyinin məlumatına görə, o, jurnalistlərlə söhbətində qeyd edib: Xarici işlər naziri Hollandiyada Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının illik iclasında iştirak etdikdən sonra fransız həmkarının dəvəti ilə Parisə yollanacaq.

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının digər ölkələrlə qarşılıqlı hörmətə əsaslanan prinsipial yanaşmasına və mövqelərini, o cümlədən sionist rejimin Fələstində və Livanda davam edən cinayətləri, habelə nüvə məsələsi və digər mühüm beynəlxalq mövzularla bağlı tələblərini açıq şəkildə ifadə etmək üçün hər fürsətdən istifadə etməsinə toxunaraq vurğulayıb ki, səfər zamanı fransız tərəfi ilə keçiriləcək danışıqlarda İran İslam Respublikasının mövqelərinin izahı və İran xalqının haqlı tələblərinin gündəmə gətirilməsi üçün imkan yaradılacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha