13 noyabr 2025 - 15:00
ABŞ-ın İrana qarşı yeni sanksiyaları

ABŞ Maliyyə Nazirliyi İranla bağlı yeni sanksiyaların tətbiq edilməsini elan etdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, çərşənbə günü İranla bağlı yeni sanksiyaların tətbiq edilməsini elan etdi.

ABŞ Maliyyə Nazirliyinin veb saytında bu barədə iddia edilib: Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) istehsalını dəstəkləmək üçün çoxsaylı təchizat zənciri idarə edən İran, BƏƏ, Türkiyə, Çin, Honkonq, Hindistan, Almaniya və Ukraynada yerləşən 32 şəxs və qurumu hədəf alır!

Veb sayta görə, ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müavini Con K. Hörli iddia edib: İran, dünyanın hər yerində nüvə və ənənəvi silah proqramları məqsədi ilə komponentlər almaq üçün maliyyə sistemlərindən istifadə edir! Prezident Trampın göstərişi ilə biz Tehranın nüvə təhdidinə son qoymaq üçün İrana maksimum təzyiq göstəririk.

Sizin rəyiniz

You are replying to: .
captcha