10 noyabr 2025 - 16:55
Sələfilər Dəməşqin Zeynəbiyyə şəhərində Şiələrə qarşı məzhəbçilik təfriqəsinə başlayırlar

Dəməşq ətrafındakı sünni (sələfi) imamın sərt açıqlamalarından sonra Zeynəbiyyə ərazisində Şiələrə qarşı məzhəbçilik təfriqəsi yenidən başlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livanın "Əl-Əxbar" qəzetinin məlumatına görə, Dəməşq ətrafında və Zeynəbiyyə ərazisində (Seyyida Zeynəb) sünnilərin (sələfilərin) üstünlük təşkil etdiyi Hücira şəhərindəki sünni (sələfi) imamın təxribatçı açıqlamalarından sonra məzhəblərarası gərginliyin artması, Zeynəbiyyə ərazisində Quran və Əli Şiələrinə qarşı ictimai təhriklərin yayılmasına səbəb olub.

Bu münasibətlə dünən Dəməşqdə Şiələrin Zeynəbiyyədən qovulması tələbi ilə nümayiş keçirilib.

Suriya İnsan Hüquqları Rəsədxanası bəzi mənbələrə istinadən bildirib ki, qeyd olunan sünni imam məzhəb hisslərini qızışdırmaqda və insanları "Şiəliyin yayılmasına qarşı mübarizəyə" təşviq etməkdə böyük rol oynayıb ki, bu da gərginliyin yayılması və Dəməşqin cənubundakı ərazilərə dini ayrıseçkiliyin qayıtması ilə bağlı narahatlıqlar yaradıb.

Dəməşq yaxınlığındakı Zeynəbiyyə bölgəsində, Şiələrin sükut və təmkinliyindən su-istifadə edərək, bu gün onlarla sələfi, tanınmış Şiə ruhanisi, Seyid Məhəmməd Hüseyn Fədlullahın nümayəndəsi Şeyx Ədhəm əl-Xətibə qarşı şüarlar səsləndirrərək nümayiş keçiriblər. Nümayiş şəhərdəki Əz-Zəhra Hüseyniyyəsinin yenidən qurulması və müvəqqəti açılışından bir həftə sonra baş tutub.

Şeyx Ədhəm əl-Xətib verdiyi açıqlamada sosial şəbəkələrdə bəzi səhifələrin Suriyada, xüsusən də Zeynəbiyyə bölgəsində sünnilər və şiələr arasında fitnə yaratmaq üçün davamlı səylərini pisləyib və bu səhifələri yalan xəbərlərə və Suriya cəmiyyəti xalqları arasında gərginlik və münaqişə yaratmaq məqsədi ilə bəzi hadisələrin şişirdilməsinə əsaslanan düşmənlərin planlarına xidmət etməkdə günahlandırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha