Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Türkiyə, Sloveniya, Litva, Norveç, İsveçrə, İrlandiya, İtaliya və Kanada hökumətləri Fələstin xalqına qarşı soyqırımı və müharibə cinayətlərinə görə sionist rejimin baş naziri Benyamin Netanyahunun saxlanılması üçün hazır olduqlarını bildiriblər.
Bundan əvvəl İstanbul Prokurorluğu Qəzza zolağında törədilən soyqırımda əli olan 37 nəfərin həbsi barədə qərar çıxarmışdı.
Netanyahu, sionist rejimin müdafiə naziri İsrael Kats və işğalçı ordunun Baş Qərargah rəisi Eyal Zamir həmin şəxslər arasında yer alır.
Bu şəxslərin Türkiyə ərazisinə daxil olması və ölkənin hava məkanından keçməsi qadağan edilib.
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü il noyabrın 21-də sionist rejimin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində Qəzza əhalisinə qarşı müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və aclıqdan silah kimi istifadə ittihamı ilə beynəlxalq həbs qərarı çıxarıb.
Qərardan sonra sionist rejim məhkəmədən baş nazir və vəzifədən uzaqlaşdırılmış müdafiə naziri ilə bağlı çıxarılan həbs qərarının yenidən baxılmasını tələb edib.
Sizin rəyiniz