Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Yəmənin Ənsar Allah Hərəkatının lideri şəhid Yəhya Sinvarın anım günü münasibətilə çıxış edib.
O, bu çıxışında onun həyatından alınacaq böyük dərsləri xatırladaraq deyib: “Şəhid Sinvar Fələstinin dözümlülük və Allaha bağlılıq rəmzi idi. Onun cihad və ali dəyərlər uğrunda mübarizəsi gələcək nəsillər üçün ilahi bir məktəbdir.”
Seyyid Əbdülməlik əl-Husi əlavə edib: “Hizbullah cəbhəsi də bu yolda çoxsaylı şəhidlər, o cümlədən böyük şəhid Seyyid Həsən Nəsrullahı təqdim edib.”
O, daha sonra vurğulayıb: “İran İslam Respublikası bütün təzyiqlərə baxmayaraq, Fələstin amalının müdafiəsində sarsılmaz dayanaraq böyük fədakarlıqlar göstərib və öz mücahid komandirlərini bu yolda qurban verib.”
Sizin rəyiniz