Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İsrailin hava hücumları nəticəsində Livanın Cənubda 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Əl-Məyadin xəbər agentliyi məlumat verir ki, İsrail rejiminin hava qüvvələri bu gün səhər saatlarında Livanın Cənubuna “Məsiləh” və “Nəcariyyə” qəsəbələri arasındakı əraziyə ağır hava hücumları həyata keçirib.
Hücumlarda qazma maşınları və buldozerlər hədəf alınıb.
İsrail tərəfi bu təcavüzkar əməliyyatı təsdiqləyərək, hücumun Hizbullahın infrastruktur obyektlərinə yönəldiyini bildirir.
Qeyd edək ki, İsrail rejimi 1 oktyabr 2024-cü ildə Livana qarşı təcavüzə başlayıb və iki ay sonra, 7 dekabr tarixində ABŞ vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıb.
Razılaşmaya əsasən, İsrail qüvvələri 60 gün ərzində Livanın Cənubundan çıxmalı idi, lakin beynəlxalq hüquqa zidd olaraq, rejim əsgərlərini bölgənin beş strateji mövqeyində saxlayaraq oradan çıxmayıb.
İsrail ordusu atəşkəs razılaşmasını dəfələrlə pozub.
Sizin rəyiniz