9 oktyabr 2025 - 07:32
Tramp: Qəzza Sülh Planının Birinci Faza İmzalandı; Axios: Qəzza müharibəsi bitdi

ABŞ prezidenti Təl-Əviv və HƏMAS-ın onun sülh planının birinci mərhələsinə razılaşdıqlarını açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə Qətər Xəbər Agentliyi ABŞ prezidenti Donald Trampın "İsrail və HƏMAS bizim xüsusi sülh planımızın birinci fazasına razılıq verib" sözlərini sitat gətirib.

O, deyib: Bütün israilli məhbuslar tezliklə azad olunacaqlar.

ABŞ prezidenti əlavə edib: Güclü və davamlı sülhə doğru ilk addımlar olaraq, İsrail (rejim) qüvvələrini razılaşdırılmış xəttə çəkəcək.

Tramp əlavə edib: İşdə iştirak edən bütün tərəflərə ədalətli davranılacaq.

O dedi: Bu gün ərəb dünyası, İslam dünyası, İsrail (rejim) və ABŞ üçün böyük bir gündür və biz vasitəçilərə, yəni Qətər, Misir və Türkiyəyə təşəkkür edirik.

Həmas da İsrail rejimi ilə birinci mərhələdə əldə olunan razılaşmanı təsdiqləyib.

Sizin rəyiniz

You are replying to: .
captcha