8 oktyabr 2025 - 17:54
Source: IRNA
Kaspi ətrafı 4 ölkənin Hərbi Dəniz Qüvvələri strateji əməkdaşlıq sənədi imzalayıb

Kaspi ətrafı 4 ölkənin Hərbi Dəniz Qüvvələri strateji əməkdaşlıq sənədi imzalayıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kaspi dənizi sahilində yerləşən ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası, bu su hövzəsində hərtərəfli strateji əməkdaşlığa dair sənədin imzalanması ilə başa çatıb.

Bu sənəd çərşənbə günü İran İslam Respublikası, Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanları tərəfindən imzalanıb.

İrana təmsil edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani, bu məqsədlə Sankt-Peterburq şəhərinə səfər edib və sənədi imzalayıb.

Sənəd Kaspi dənizinin sahilində yerləşən ölkələrin yüksək səviyyəli rəsmilərinin, bu bölgədə sabit təhlükəsizliyin təmin olunması və çoxtərəfli əlaqələrin gücləndirilməsi istiqamətindəki iradəsinə əsasən imzalanıb.

Sənədin müddəalarına görə, Kaspi dənizi ilə bağlı məsələlərə heç bir xarici ölkə və ya bölgə xaricindəki güc müdaxilə edə bilməz.

Kaspi ətrafı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanları vurğulayıblar ki, Kaspi dənizi yalnız bu dənizin sahilində yerləşən beş ölkəyə məxsusdur və onun təhlükəsizliyi və digər məsələlərlə bağlı qərarlar yalnız sahilyanı ölkələr tərəfindən verilməlidir.

Sizin rəyiniz

You are replying to: .
captcha