6 oktyabr 2025 - 20:51
“Wall Street Journal” İran və Çin arasında ticarətin necə aparıldığını iddia edir

“The Wall Street Journal” öz hesabatında Çinin İranla gizli maliyyə kanalı vasitəsilə ticarətini davam etdirdiyini iddia edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerikanın “The Wall Street Journal” qəzeti öz hesabatında iddia edib ki, ABŞ sanksiyalarına baxmayaraq, İran neftinin pulunu ödəməkdə çətinlik çəksə də, İran neftinin ən böyük alıcısı olan Çin milyardlarla dollarlıq xam neft almağa davam etməyə imkan verən bir həll yolu ilə Vaşinqtonun düşməncəsinə hərəkətindən qaçır.

Wall Street Journal Qərb rəsmilərinə istinadən iddia edib ki, Pekin barterə bənzər bir mexanizmdən istifadə edir; İran xam neftini Çinin inşa etdiyi infrastrukturla mübadilə edir və sanksiyaların təsirinə məruz qalan qlobal bank sistemindən yan keçir.

Bu cür mübadilə və qarşılıqlı əlaqə Vaşinqtonun iki əsas rəqibi arasında iqtisadi əlaqələri dərinləşdirib.

KİV-in məlumatına görə, rəsmi hesablamalara görə, bu gizli boru kəmərindən əldə edilən 8,4 milyard dollara qədər neft gəliri təkcə 2024-cü ildə İran daxilində Çin layihələrinin maliyyələşdirilməsinə sərf olunacaq. Bu, İrandan təqribən 43 milyard dollarlıq ixracatın bir hissəsidir ki, bunun da təxminən 90 faizi Çinə gedib.

The Wall Street Journal iddia etdi ki, bu sistemin (gizli mexanizm) mərkəzində iki Çin qurumu dayanır: böyük dövlət ixrac krediti sığortaçısı olan Sinosure və Çin maliyyə şirkətlərinin heç bir rəsmi siyahısında görünməyən Chuxin adlı gizli maliyyə vasitəçisi.

Qərb mediasının yazılanlarla bağlı iddiası elə bir halda baş verir ki, Wall Street Journal-ı iddialarını əsaslandırmaq üçün heç bir mötəbər sənəd təqdim etməyibdir.

Sizin rəyiniz

You are replying to: .
captcha