6 oktyabr 2025 - 20:25
Tramp yenidən İranın nüvə proqramının məhv edildiyini iddia edib

ABŞ prezidenti növbəti dəfə ölkəsinin İranın nüvə proqramını məhv etdiyini iddia edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə telekanalının məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu ölkənin Hərbi Dəniz Qüvvələrinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə növbəti dəfə əsassız bəyanatlar verib ki, bu ölkə İran İslam Respublikasının nüvə proqramını məhv edib.

O, iddialarına davam edərək deyib: “Ümid edirəm ki, İran nüvə proqramına yenidən başlamaz, çünki biz ona qarşı çıxmalı olacağıq. İran nüvə proqramını bərpa etsə, biz çox gözləməyəcəyik.”

Tramp daha sonra iddia edib: “Əgər biz İranın nüvə obyektlərinə hücum etməsəydik, ölkə bir ay ərzində nüvə silahı əldə edəcəkdi.”

O əlavə edib: “Biz 22 ildir ki, İrana hücum edilməsini gözləyirdik və Amerikada heç bir prezident buna cürət etməyib.”

Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinə “məcbur olmadıqca sizi döyüşə göndərmək istəmirik” deyib.

Trampın İranın nüvə proqramı ilə bağlı iddiaları elə bir halda baş verir ki, İran İslam Respublikası ilk gündən etibarən heç vaxt nüvə silahı əldə etmək istəmədiyini və etməyəcəyini, nüvə enerjisinə dinc məqsədlər üçün ehtiyacı olduğunu dəfələrlə vurğulayır.

Digər tərəfdən, Vəliyyi Fəqih Başda Olmaqla İİR rəsmiləri dəfələrlə vurğulayıblar ki, İranın nüvə proqramını məhv etmək olmaz, çünki bombardimanla elmi məhv etmək və ya geriyə qaytarmaq olmaz.

Sizin rəyiniz

You are replying to: .
captcha