Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, SEPAH Quru Qoşunlarının Samenül-Əimmə (ə) regional qərargahının təşəbbüsü ilə “İqtidar şəhidləri” adlı xüsusi hava hücumundan müdafiə təlimi cümə axşamı Rəştxar ümumi bölgəsində təşkil olunub.
Bu barədə SEPAH Quru Qoşunlarının Samenül-Əimmə (ə) regional qərargahının komandiri general Məhəmməd Əşəri təlim zamanı bildirib.
O, qeyd edib ki, bütün sistemlər dəqiqliklə və ixtisaslaşmış təlimlər əsasında müəyyən edilmiş hədəfləri, o cümlədən kiçik pilotsuz uçuş aparatlarını uğurla məhv edib.
General Məhəmməd Əşəri əlavə edib ki, ölkənin şərqində yerləşən bölmələr tam döyüş hazırlığındadır və bölgədə heç bir təhlükə mövcud deyil.
Sizin rəyiniz