4 oktyabr 2025 - 18:38
İİR Gənclər və İdman Naziri: Sionist rejimini idmandan məhrum etmək üçün birgə idman cəbhəsi yaradılmalıdır

“...İdman, həmişə xalqlar arasında anlaşma və həmrəylik üçün ümumi dil olmuşdur və bu prinsiplərin pozulması, idmanın və Olimpiadanın həqiqi missiyasına ciddi bir təhdid hesab edilir. İsrail rejimi 1948-ci ildən bu yana, fələstin xalqını məhv etmə və etnik təmizləmə siyasəti yürüdərək, bu rejimin insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və soyqırımı törətməsi, sübut olunmuş bir həqiqətdir.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Gənclər və İdman Naziri, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkənin nazirlərinə göndərdiyi məktubda, sionist rejimini idmandan məhrum etmək və bu məsələnin davam etdirilməsi üçün birgə cəbhə yaradılmasını tələb edib.

Əhməd Dünyamalı tərəfindən 57 İslam ölkəsindən olan həmkarlarına ünvanladığı məktubunda qeyd edib:

“Bilindiyi kimi, Olimpiya Oyunlarının Nizamnaməsi insan ləyaqəti, bərabərlik, ayrı-seçkiliyə qarşı mübarizə və xalqlar arasında sülh və dostluğun yayılması kimi əsas prinsipləri dünya miqyasında idman fəaliyyətlərinin təməlini təşkil edir. İdman, həmişə xalqlar arasında anlaşma və həmrəylik üçün ümumi dil olmuşdur və bu prinsiplərin pozulması, idmanın və Olimpiadanın həqiqi missiyasına ciddi bir təhdid hesab edilir. İsrail rejimi 1948-ci ildən bu yana, fələstin xalqını məhv etmə və etnik təmizləmə siyasəti yürüdərək, bu rejimin insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və soyqırımı törətməsi, sübut olunmuş bir həqiqətdir.”

Sizin rəyiniz

You are replying to: .
captcha