2 oktyabr 2025 - 12:53
Suriyanın Əl-Qüneytirə məntəqəsində si@nist rejim bayrağı qaldırıldı  vəhhabi Colani terrorçuları isə ağızlarına su alıb susblar

Xəbər mənbələri sionist rejimin Əl-Qüneytirə meydanlarından birində öz bayrağını qaldırdığını əks etdirən görüntülər dərc edib və bu görüntü Suriya vətəndaşlarının hisslərini çox yaralasa da lakin ölkəyə silahlı çevriliş yolu ilə hakimkəsilən terrorçu başkəsən Qolani və onun ünsürləri ağızlarına su alıb səslərini kəsiblər.

Bu günlərdə Suriyanın cənubunda yerləşən Əl-Qüneytirə şəhərinin “Əl-Ələm” meydanında faşist İsr@il terrorçularının faşist İsr@il rejimin bayrağını qaldıraraq “Hatikvah” himnini oxuduğunu əks etdirən video yayılıb. Bu işğalçı və cinayət hərəkət suriyalılar arasında geniş qəzəb yaradıb və sosial şəbəkələrdə də reaksiyalarla nəticələnib.

Video si@nist rejim terror ordusunun Bəşər Əsəd hökumətinin süqutundan sonra Suriyanın cənubuna təcavüz və sızmalarını davam etdirərək bu ərazidə yeni hərbi baza qurduğu dağıdılmış ərazidə lentə alınıb.

Bu dramatik hərəkət Suriya vətəndaşlarının emosiyalarını təhrik edib, xüsusən də işğalın ağır sınaqlarına tab gətirmiş və 5 onillikdən artıq müddətdə azad edilmiş bir şəhərdə baş verdiyi üçün.

Faşist si@nist rejimin bu hərəkətinin bir çox mənası var, çünki 1974-cü ildə Suriyanın keçmiş prezidenti Hafiz Əsəd tərəfindən Əl-Qüneytirə şəhərinin azad edilməsindən sonra Suriya bayrağı eyni meydanda qaldırılıb.

Bir ərəb istifadəçi sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: İki fərqli hadisə; biri azad edilmiş Əl-Qüneytirədə Suriya bayrağını qaldırarkən işğal altında olan Qolan yüksəkliklərini satmaqda ittiham olunur, digəri isə suriyalıları azad etdiyini iddia edərək isr@illilərə öz bayrağını eyni meydanda qaldırmağa icazə verir.

Sizin rəyiniz

You are replying to: .
captcha