2 oktyabr 2025 - 11:38
İİR faşist si@nist rejimin “Əl-Sumud” donanmasına qarşı hərbi hücumunu qəti şəkildə pislədi

İsmayıl Bəqayi müxtəlif ölkələrdən olan fəal və insan haqları qruplarının fədakar hərəkətlərini, məzlum Fələstin xalqına dəstəklərini və Qəzzə zolağındakı qəddar mühasirənin yarılması istiqamətində səylərini yüksək qiymətləndirərək, faşist si@nist rejiminin bu karvana hücumunu beynəlxalq qaydaların açıq pozulması və terror aktı kimi dəyərləndirdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslamRespublikasının Xarici İşlər Nazirliyinin sözçüsü si@nist rejimin “Sumud” dəniz karvanına yenidən hücum etməsini və Qəzzənin zülm altında olan xalqını dəstəkləyən fəalların həbsini sərt şəkildə pislədi.

İİR Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi müxtəlif ölkələrdən olan fəal və insan haqları qruplarının fədakar hərəkətlərini, məzlum Fələstin xalqına dəstəklərini və Qəzzə zolağındakı qəddar mühasirənin yarılması istiqamətində səylərini yüksək qiymətləndirərək, faşist si@nist rejiminin bu karvana hücumunu beynəlxalq qaydaların açıq pozulması və terror aktı kimi dəyərləndirdi.

Nazirliyin sözçüsü həmçinin Qəzzədə faşist İsr@il rejiminin davam etdirdiyi etnik təmizləmə və günahsız insanların qətlə yetrirlmələrini vurğulayaraq, bütün dövlətlərin faşist İsr@il rejiminin Fələstin Xalqına qarşı apardığı soyqırımın dayandırılması, cinayətkarların məsuliyyətə cəlb olunması üçün hüquqi, əxlaqi və humanitar öhdəliklərini xatırladıb və beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha