Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının yüksək rütbəli üzvü Nəsrəddin Amir verdiyi açıqlamada Donald Trampın Qəzza ilə bağlı planının qəbul edilməsinin Fələstinə tarixin ən sarsıdıcı zərbəsi olduğunu vurğulayıb.
O, əlavə etdi: Hətta müqavimət və onun yanında olanlar da Fələstinin və onun müqəddəs yerlərinin azadlığı üçün Allah yolunda mübarizə aparıblar və onların Fələstin torpağının bir qarışından belə imtina etməyə haqqı yoxdur.
Amir bildirib: Bu plan 2 milyon fələstinlinin Qəzza zolağından qovulması ilə nəticələnəcək, Fələstin xalqına daha bir Nəkbə tətbiq edəcək və “Böyük İsrail” adlı planın həyata keçirilməsinə yol açacaq.
Sizin rəyiniz