17 sentyabr 2025 - 18:06
Həmas və İslami Cihad: İşğalçı yəhudi rejimin cinayətləri ABŞ-nin dəstəyi ilə həyata keçirilir

Həmas və İslami Cihad: “...Bu, regionda humanitar fəlakəti daha da dərinləşdirməklə yanaşı, həm də təşkilatlanmış soyqırımı və etnik təmizləməni daha da gücləndirir.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinin Həmas və İslami Cihad hərəkatları, İsrail rejiminin yeni əməliyyata başladığını və onu Qəzza şəhərini tamamilə işğal etmək məqsədilə genişləndirməsini qınayaraq bəyanat yayıblar.

Hər iki Müqavimət Hərəkatı, işğalçı rejimin son cinayətlərinin ABŞ-nin dəstəyi və himayəsi altında həyata keçirildiyini vurğulayıblar.

Bəyanatlarda bildirilir:

“İsrailin Fələstin xalqına qarşı Qəzza şəhərindəki hərbi terror əməliyyatını genişləndirməsi və bu şəhərdəki vəhşi hücumlarının artması, eyni zamanda müharibə cinayətkarı Netanyahu və onun kabinetinin genişmiqyaslı əməliyyatlar elan etməsi ilə əlaqədardır. Bu, regionda humanitar fəlakəti daha da dərinləşdirməklə yanaşı, həm də təşkilatlanmış soyqırımı və etnik təmizləməni daha da gücləndirir.”

Sizin rəyiniz

You are replying to: .
captcha