17 sentyabr 2025 - 17:57
Laricani və Bin Salman regiondakı vəziyyət müzakirə etdilər

Əli Laricani və ona müşayiət edən nümayəndə heyəti, əl-Yəmamə sarayında Məhəmməd bin Salman ilə görüşərək, ikitərəfli əlaqələr və regiondakı son vəziyyəti müzakirə ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində, bu ölkənin Vəliəhdı Məhəmməd bin Salman ilə görüşüb.

İRNA-nın məlumatına görə, Əli Laricani və ona müşayiət edən nümayəndə heyəti, əl-Yəmamə sarayında Məhəmməd bin Salman ilə görüşərək, ikitərəfli əlaqələr və regiondakı son vəziyyəti müzakirə ediblər.

Səfər, Səudiyyə Ərəbistanı Müdafiə Nazirinin dəvəti ilə baş tutub.

Laricani ilə birlikdə Əli Baqiri Kəni, Milli Təhlükəsizlik Şurasının beynəlxalq məsələlər üzrə müavini və Məhəmməd Əli Bək, Xarici İşlər Nazirliyinin Fars Körfəzi üzrə köməkçisi də Riyad şəhərinə səfər ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha