13 sentyabr 2025 - 21:14
Laricani İslam hökumətlərini sionist rejimin cinayətlərinə qarşı qəti və əməli addım atmağa çağırıb

Əli Laricani: “Fələstinin ac və məzlum müsəlmanları üçün heç bir iş görməmisiz, heç olmasa öz məhvinizin qarşısını almaq üçün kiçik bir qərar verin!”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani X kanalında İslam hökumətlərinə xəbərdarlıq başlıqlı mesajında yazıb:

“Çıxışlarla dolu və praktiki nəticələri olmayan (Təhlükəsizlik Şurasının sessiyası kimi) İslam Konfransı sessiyasının keçirilməsi sionist rejimə qarşı yeni təcavüz əmri verməyə bərabərdir!

Bu rejimin çılğınlığına qarşı heç olmasa “Birgə Əməliyyat Qərargahı” təşkil edin.

Bu qərar bu rejimin ağasını o qədər narahat edəcək ki, o, dünyada sülh yaratmaq və əlçatmaz Nobel mükafatını almaq üçün sionist rejimə əmrlərini dəyişəcək.

Fələstinin ac və məzlum müsəlmanları üçün heç bir iş görməmisiz, heç olmasa öz məhvinizin qarşısını almaq üçün kiçik bir qərar verin!”

Sizin rəyiniz

You are replying to: .
captcha