Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, faşist İsrail rejimin bir media orqanı xəbərdarlıq edib: “İsrailin Doha şəhərinə hava hücumundan sonra, Ankara növbəti hədəf ola bilər; bu addım baş verərsə, strateji bir fəlakətə və Qətərdən daha geniş nəticələri olan bir regional böhrana səbəb ola bilər.”
Qeyd edək ki, bir neçı gün öncə vəhşi İsrail rejiminin Qətərin şimalındakı bir yaşayış kompleksinə hava hücumu nəticəsində Həmasın aparıcı danışıqlarçısı Xəlil əl-Hiyənin oğlu və bir Qətər təhlükəsizlik strukturunun zabitlərindən biri də daxil olmaqla altı nəfərin həyatını itirdiyi bildirilib.
Haaretz qəzeti bu hadisə ilə bağlı dərc etdiyi yazısında Türkiyənin İsrailin növbəti hədəfi ola biləcəyini vurğulayıb və belə bir qarşıdurmanın nəticələrinin faciəvi olacağını bildirib.
Yazıda, İsrailin daxili təhlükəsizlik xidmətinin (Şabak) Həmasın Türkiyədəki bir qrup tərəfindən - İtamar Ben-Gvir - İsrailin radikal daxili təhlükəsizlik naziri üçün sui-qəsd planını pozduğuna dair xəbəri xatırladılıb.
Məqalədə belə bir əməliyyatın hazırlanmasında Ankaranın rolu olubmu sualına yer verilib. Hərçənd Türkiyə hökuməti hər hansı bir əlaqəni dərhal inkar edib, amma Tel-Əvivin gələcəkdə İstanbulda Həmasın ofislərinə qarşı birbaşa hücumlar həyata keçirməsi ehtimalının olduğu bildirilir.
Sizin rəyiniz