9 sentyabr 2025 - 20:16
İmam Xamenei həzrətləri Qəzzə xalqına xumsun bir hissəsinin ayrılmasına icazə verdi

Ali Rəhbər şəri sualı cavablandıraraq, möminlər xumslarının bir hissəsini məzlum Qəzzə xalqına vermələrinə icazə verdiyini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri, şəri sualı cavablandıraraq, möminlər xumslarının bir hissəsini məzlum Qəzzə xalqına vermələrinə icazə verib.

KHAMENEI.IR mətbuatı verilən sual və cavabı belə yayımlayıb:

Sual: Xumsun bir hissəsini məzlum Qəzzə xalqına vermək olar?

Cavab: Möminlər, İmamın mübarək səhminin yarısını (yəni xumsun dörddə birini) məzlum Qəzzə xalqına verməkdə icazəlidirlər.

Xums, İslamda maliyyə vəzifələrindən biridir. Bu, ilin sonunda əldə edilən gəlirin və ya artıq qazancın beşdə birinin verilməsini tələb edir. Bu pul, ehtiyacı olanlara, yetimlərə, Peyğəmbərin yaxınlarına və İslam hökumətinin gücləndirilməsinə yönəldilir. Quran ayələri və şəriət qaydalarına görə, xums vermək hər bir müsəlman üçün vacibdir.

Sizin rəyiniz

You are replying to: .
captcha