27 avqust 2025 - 23:10
Source: SAHAR TV
Türkiyə Netanyahunun erməni soyqırımını tanımasına reaksiya verib

Netanyahu: "20-ci əsrin əvvəllərində osmanlı imperiyasının ermənilərə, assurlara və yunanlara qarşı törətdiyi soyqırımı rəsmən tanıyıram".

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimin baş naziri Netanyahu verdiyi müsahibədə 1915-ci ildə osmanlı imperiyası zamanı baş verən hadisələrlə bağlı deyib: "20-ci əsrin əvvəllərində osmanlı imperiyasının ermənilərə, assurlara və yunanlara qarşı törətdiyi soyqırımı rəsmən tanıyıram".

Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda sionist rejimin baş naziri Binyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlamasını qınayıb və rədd edib.

Bəyanatda deyilir: "Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişdə baş vermiş acı hadisələrdən siyasi səbəblərdən istifadə etmək cəhdidir. Fələstin xalqına qarşı törədilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu, özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır".

Nazirlik tarixi və hüquqi faktlara uyğun gəlməyən bu bəyanatı pislədiyini və rədd etdiyini bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha