Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələri, yəhudilərin işğal etdikləri ərazilərdəki hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyini açıqlayıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri` bu barədə verdiyi açıqlamada belə deyib: “Məzlum Fələstin xalqına və onun sevimli döyüşçülərinə dəstək olaraq, sionist düşmənin Qəzza zolağındakı qardaşlarımızın soyqırım cinayətlərinə məruz qalmasına və qəsdən aclıqdan qırılmasına cavab olaraq Yəmən Silahlı Qüvvələrinin raket bölməsi xüsusi hərbi əməliyyat keçirib və “Fələstin 2” ballistik və hipersəs raketi ilə Lod (Ben Qurion) aviabazasını hədəf alıb...”
Generalı Yəhya Sərideyib: “Yəmən Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatı bölmələri də iki hərbi əməliyyat keçirib və iki pilotsuz təyyarə ilə düşmən İsrailin iki hədəfinə hücum edib; Bu hərbi hədəflərdən biri, həyati əhəmiyyətli hədəf, digəri isə işğal altında olan Yaffa və Aşkelon bölgəsindəki lazımı hədəf olub.”
O bir daha xatırladıb ki, Yəmənin sadiq xalqı, mücahid ordusu və onun sadiq rəhbərləri təcavüzlər dayanana və Qəzzanın mühasirəsi götürülənə qədər fələstinli qardaşlarının yanındada olaraq hücumlarını və dəniz blokadasını davam etdirəcəklər.
Sizin rəyiniz