İRNA-nın CBS telekanalına istinadən verdiyi məlumata görə, insident çərşənbə günü yerli vaxtla təlim uçuşu zamanı baş verib.
Qırıcı təyyarənin pilotu xilas edilərək xəstəxanaya çatdırılsa da, onun vəziyyəti ilə bağlı məlumat yoxdur.
ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü Ceki Paraşar bildirib ki, qəzanın səbəbləri araşdırılır. Onun sözlərinə görə, təyyarənin qalıqları hələ də sudan çıxarılmayıb.
Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin son 10 ayda qəzaya uğrayan altıncı F-18 döyüş təyyarəsidir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, bu qırıcıların hər birinin istehsalının dəyəri təxminən 67 milyon dollardır.
Sizin rəyiniz