21 avqust 2025 - 14:25
Teamp, Venesuelanı yendirmək üçün Karib dənizinin cənubuna üç döyüş gəmisi və minlərlə əsgər göndərir

Sərəncama əsasən, USS San Antonio, USS Iowa Jima və USS Fort Lauderdale gəmilərinin bazar gününə qədər Venesuela sahillərinə çatması gözlənilir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ hökuməti narkotik kartelləri ilə mübarizə aparmaq bəhanəsi ilə Venesuelada çvrilişetmək üçün Karib dənizinin cənubuna üç hərbi gəmi və minlərlə hərbçi göndərməyi əmr edib.

Bu barədə cümə axşamı səhər Reuters agentliyi adının çəkilməsini istəməyən iki mənbəyə istinadən yazıb.

Sərəncama əsasən, USS San Antonio, USS Iowa Jima və USS Fort Lauderdale gəmilərinin bazar gününə qədər Venesuela sahillərinə çatması gözlənilir.

Gəmilər 2200 dəniz piyadası da daxil olmaqla 4500 hərbçi daşıyır.

Bu hərbi tədbirlər ABŞ prezidenti Donald Trampın administrasiyasının Venesuela prezidenti Nikolas Maduroya təzyiqi artırması və onun ələ keçirilməsinə görə mükafatı 50 milyon dollara çatdırması ilə əlaqədardır.

Vaşinqton Maduronun iki prezident seçkilərindəki qələbəsini rədd edib və onu "Cartel de los Soles" adlı kokain alveri ilə məşğul olan qrupa rəhbərlik etməkdə ŞƏRLƏYİB.

Venesuela prezidenti ABŞ-ın "təhlükələrinə" cavab olaraq, Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) bir hissəsi olan 4,5 milyon yarımhərbi qüvvənin ölkə daxilində səfərbər olunduğunu və yerləşdirildiyini elan edib.

Maduro vurğulayıb: “Heç bir imperiya Venesuela və Cənubi Amerikanın müqəddəs torpaqlarına toxunmayacaq”.

Sizin rəyiniz

You are replying to: .
captcha