9 iyul 2025 - 19:24
Bəhreyn Şiə Xalqı yəhudi rejiminin hədələrinə baxmayaraq, Aşura Gününü qeyd etdilər

Bəzi şəhərlərin divarlarını İmam Xamenei (Allah Təala Ona uzun və bərəkətli ömür versin, düşmənlərini zəlil və xar etsin) və Şeyx İsa Qasimin və şəhidlərin şəkilləri ilə bəzədilib, sionist rejimin bayrağı da insanların ayaqları və maşınların təkərləri altında tapdalanmaq üçün yerə döşənib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əzadarlıq edən Bəhreyn Şiə xalqı Xəlifə yəhudi sülalə rejiminin qoyduğu ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Məhərrəm ayının 10-u gecəsini və gündüzünü qeyd ediblər.

Paytaxt Manamada keçirilən Aşura mərasimlərinə müxtəlif bölgələrdən minlərlə bəhreynli qatılıb. Küçə və Xiyabanlara doluşan izdihamlı əzadarlar inqilabi süarlar səsləndirərək, Bəhreyn üləmalarına, xüsusi ilə də Şeyx İsa Qasimə dəstək nidaları səsləndirmiş, həmçinin ABŞ və sionist faşist yəhudi rejiminə qarşı nifrətlərini bildirmişlər.

Bəhreyn Alimləri İslam Şurasının sədri Seyid Məcid Məşəl mərasimdə Aşura nitqi söyləyib.

Bəhreynin Şiə Xalqı Manamadakı mərkəzi mərasimlə yanaşı, ölkənin müxtəlif bölgələrdə də Aşura gecəsini yad ediblər. Hüseyniyyələrdə matəm yığıncaqları keçirilib, matəm qrupları küçələrdə yürüş ediblər.

Əzadarlar rejimin Aşura yürüşlərinə açıq hücumunu, İmam Hüseynin bayraq və plakatlarının endirilməsini pisləyib, dini etiqad azadlığının pozulmasına və Şiə mərasimlərinin sıxışdırılmasına etiraz ediblər.

Bəzi şəhərlərin divarlarını İmam Xamenei (Allah Təala Ona uzun və bərəkətli ömür versin, düşmənlərini zəlil və xar etsin) və Şeyx İsa Qasimin və şəhidlərin şəkilləri ilə bəzədilib, sionist rejimin bayrağı da insanların ayaqları və maşınların təkərləri altında tapdalanmaq üçün yerə döşənib.

Sizin rəyiniz

You are replying to: .
captcha