3 iyul 2025 - 11:20
Pentaqonun Ukrayna ilə bağlı qərarı ABŞ rəsmilərini şoka salıb

Məlumatlı mənbələr Konqres üzvləri və ABŞ Dövlət Departamentinin rəsmilərinin Pentaqonun Ukrayna ilə bağlı qərarından təəccübləndiklərini bildiriblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məlumatlı mənbələr Politico-ya verdikləri müsahibəsində Pentaqonun Ukraynaya silah göndərilməsini dayandırmaq qərarının Konqres üzvlərini və ABŞ Dövlət Departamentinin rəsmilərini təəccübləndirdiyini vurğulayıb.

Onlar əlavə ediblər ki, qərar Tramp administrasiyası daxilində çox az koordinasiya ilə qəbul edilib. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəzi üzvləri Pentaqonun qərarına qarşı çıxıblar.

Trampla Zelenski arasında telefon danışığının təşkil olunacağı da bildirilib.

ABŞ Müdafiə Nazirliyi ötən gün Ukraynaya hava hücumundan müdafiə raketləri və dəqiq idarə olunan hərbi sursatların tədarükünü ölkədəki sursat ehtiyatının tükənməsi səbəbindən dayandırdığını açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha