Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejimin Yediyot Aharonot qazeti sionist rejimi minlərlə tərk edərək gəldikləri xarabalığa fərar edən cühüd mühacirləri barədə yazıb:
“Minlərlə israilli İranın Raket və PUA- zərbələrinin qorxusundan Avropa ölkələrinə qaçırlar. Onlar, Sina yarımadası vasitəsi ilə özlərini Avropaya çatdırmağa çalışırlar. Baxmayaraq ki, bu yol onlar üçün daha uzaq və xeyli təhlükəli bir yoldur ancaq onlar bu səfərə çıxmağı İsrail daxilində qalmağlığa üstünlük verirlər.”
Bu barədə sionistlərdən biri belə deyib: “Qabaqlar digər ölkələrdə yaşayan yüz minlərlə israilli geriyə İsrailə qayıtmağa səy göstərirdilər, amma bu məsələ (İranın dağıdıcı və fələc edici udarları) qabağa gəldikdən sonra isə hər şey sürətlə əksinə oldu. Halhazırda daxildəki israillilər təlaş edirlər ki, başqa ölkələrə qaçsınlar.”
Yediyot Aharonot qazetin ilə danışan bir qrup sionst mühacirlər təkid edərək vurğulayıblar: “İran İslam Respublikasının raket hücumları nəticəsində İsraildə çox ağır günləri yaşamalı oluruq. Biz özümüzü və ailəmizi sakit və dinc bir ölkələrə çatdırıb yaşamaq istəyirik...”
Xatırladaq ki, SEPAH-ın Qüds Qanadının Komandanı General İsmail Qaani 2022-ci ilin dekabır ayında etdiyi çıxışında üzünü sionist işğalçı rejimin sakinlərinə tutaraq təkidlə bildirmişdir ki, nə qədər ki, tezdir evlərinizi və mülklərinizi yaxşı qiymətə satıb gəldiyiniz ölkələrə qayıdın. Əks təqdirdə hər şeyiniz əlinizdən çıxacaq və qaçmaq yolu olmadığı üzündən dənizə tökülüb üzə-üzə ölkələrinizə qayıtmalı olacaqsınız...
Sizin rəyiniz