Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Ramazani din xadimlərinin dəvəti ilə Qərbi Afrikanın Fil Dişi Sahili ölkəsinə səfər edib.
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Fil Dişi Sahili hava limanına çatdıqdan sonra ölkənin naziri Buqre Mambe ilə qısa görüş keçirib. Bu görüşdə İranın Fil Dişi Sahilindəki səfiri Əmir Hüseyn Nikbin Ayətullah Ramazaninin ölkəyə səfərinin məqsədlərini Fil Dişi Sahilinin Baş nazirinə izah edib.
Qeyd edək ki, Fil Dişi Sahilinin alimləri, ruhaniləri, ziyalıları və gəncləri ilə görüş Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibinin ölkəyə səfəri zamanı planlarından biri olub.
Sizin rəyiniz