Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İndoneziya Əhli-Beyt (ə) Təşkilatının (ABİ) İcraiyyə Şurasının sədri doktor Məhəmməd Ömər Şahab və bu təşkilatın bir qrup nümayəndəsi Ümumdünya Əhli-Beyt (ə) Assambleyasında iştirak edərək Assambleyanın baş katibi Ayətullah Rza Ramazani ilə görüşüblər.
Ayətullah Rza Ramazani bu görüşdə İndoneziya Əhli-Beyt (ə) Təşkilatının strateji rolunu vurğulayaraq, bu təşkilatın rəsmiləri və üzvlərinin akademik yüksəlişinin zəruriliyinə işarə edərək deyib: “Elmi biliklərinizi azaltmayın; Bilikləri gücləndirmək və elmi öyrənməyə həvəsləndirmək bizim diqqətimizdir.”
Ümumdünya Əhli-Beyt (s) Assambleyasının baş katibi həmçinin İndoneziyada Şiəliyə huviyyət verilməsini və Şiəliyin rəsmiləşdirilməsini strateji bir missiya kimi vurğulayıblar.
Assambleyanın baş katibi Ayətullah Rza Ramazani habelə İndoneziyada Əhli-Beyt (ə) Təşkilatı çərçivəsində Şiə qadın təşkilatlarının güclənməsini və fəal qadınların tanınmasını vurğulayıb.
Sizin rəyiniz